DÜNYA
Ərdoğan Zelenski ilə danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, danışıq zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.
Söhbət zamanı Türkiyə Prezidenti taxıl daşınmasında yaranan problemi əməkdaşlıqla həll etdiklərindən məmnunluğunu ifadə edib.
Həm Ukraynanın, həm də Rusiyanın taxıl məhsullarını satma qabiliyyətinin bütün dünya üçün kritik əhəmiyyət daşıdığını vurğulayan Ərdoğan, taxıl daşınması müqaviləsinin davam etdirilməsinin vacibliyini qeyd edib.