DÜNYA
Mitsotakis yenidən Ərdoğanı HƏDƏFƏ aldı - Açıqlaması gərginliyi artıracaq
Ankara-Afina xəttində gərginlik davam edir. Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin son çıxışı iki ölkə arasındakı gərginliyi daha da qızışdıracaq.
32gun.az Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Mitsotakis verdiyi açıqlamalarda, "Yunanıstanın mövqeyi çox açıqdır. Daha əvvəl də dediyim kimi, şifahi müzakirələrə girməyəcəyik. Deyəcək başqa sözüm yoxdur" - deyə, bildirib.
Həmçinin, Türkiyə prezidenti R.T.Ərdoğanı yenidən hədəfə alan Mitsotakis, Ankaranın iqtisadi böhran səbəbiylə gündəmi dəyişmək üçün Yunanıstana hücum etdiyini iddia edib:
“Ölkəmizdə inflyasiya yüzdə 85 olsaydı, mən də mövzunu dəyişməyə çalışardım."
Nurlan Şiraliyev