DÜNYA

Hərbçi olan əmisi oğlunu bıçaqladı, atasını silahla öldürdü - Xüsusi əməliyyatla saxlanıldı (VİDEO)

Türkiyədə narkotik aludəçisi olan şəxs qətl törədib.

32gun.az yerli mediaya istinadən xəbər verir ki, hərbçi əmisi oğlu narkotikdən əziyyət çəkən qohumunu xəstəxanaya aparamaq üçün onların evinə gəlib. Müalicəyə razı olmayan şəxs qəzəblənərək əmisi oğlunu bıçaqla sinəsindən yaralayıb. Daha sonra onun belindəki silahla ətrafa atəş açıb. Güllələrdən biri atasına tuş gəlib. Güllə yarası alan kişi hadisə yerində həyatını itirib.

Xəbərdarlıqdan dərhal sonra hadisə yerinə polis və tibbi yardım qrupları gəlib. Lakin qətl törədən şəxs onlara da müqavimət göstərməyə çalışıb. Bunun ardınca hadisə yerinə xüsusi əməliyyat qrupu göndərilib. Narkotik aludəçisi olan şəxs həbs edilib.

Sinəsindən yaralanan hərbçi xəstəxanaya çatdırılıb. Həyati təhlükəsinin olduğu bildirilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər