DÜNYA

Kiyevdə fövqəladə vəziyyət yarandı - İşıqlar kəsildi

Kiyevdə fövqəladə vəziyyət davam edir.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, paytaxtın bir sıra bölgələrində təcili olaraq elektrik enerjisinin verilişi dayanıb.

Bununla bağlı, "Kiyev Regional Elektrik Şəbəkələri" holdinqi məlumat verib.

Kiyev meri Kliçkonun sözlərinə görə, 450 min mənzil işıqsız qalıb ki, bu da əvvəlki günlərlə müqayisədə bir neçə dəfə çoxdur. Buna səbəb, Ukrayna enerji sisteminin həddən artıq yüklənməsi olub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər