DÜNYA

Kim Çen In hakimiyyəti devrilə bilər

"Şimali Koreya tərəfindən hər hansı nüvə hücumu, o cümlədən taktiki nüvə silahının istifadəsi qəbuledilməzdir. Bu kimi hərəkətlərin sonu Kim Çen In rejiminin devrilməsinə səbəb olacaq”.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Lloyd Ostin Cənubi Koreyanın müdafiə naziri Li Çen Sop ilə görüş zamanı səsləndirib.

Pentaqonun saytında verilən məlumata görə, onlar KXDR-ə artan nüvə və raket təhlükələrinə cavab vermək üçün müttəfiqlərin müdafiə imkanlarını gücləndirmək, məlumat mübadiləsi və məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.

Həmçinin, tərəflər Koreya yarımadasında genişmiqyaslı hərbi hava təlimlərinin uzadılması barədə qərar qəbul ediblər.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər