Zelenskinin Putinlə görüşmək istəməməsinin səbəbləri BU İMİŞ
Almaniyanın Spiegel nəşrinin oxucuları Zelenskinin Putinlə görüşə razı olmamasının səbəblərini şərh edib.
32gun.az xarici mətbuata istinadən xəbər verir ki, oxucular Zelenskini tənqid edərək, onun Putinin gözlərinə baxmağa "cəsarəti çatmır" ifadələrini söyləyiblər.
Bununla bağlı oxucuların şərhlərini təqdim edirik:
Oxuculardan biri Zelenskinin ultimatumlarının gülünc olduğunu bildirərək, "Bu cür ifadələr göstərir ki, onun bir az daha böyüməsi lazımdır" - deyə, qeyd edib.
Digər bir şərhdə "Zelelnskinin Putinlə şəxsi görüşdən qorxması mübahisəsizdir, çünki onun Rusiyaya qarşı təhqirlərinə görə özünə haqq qazandırmağı çox çətin olacaq" - deyə bir oxucu bildirib.
Daha bir şərhdə qeyd olunub ki, "Zelenskinin G20 sammitində iştirakına ehtiyac yoxdur, çünki orada Ukraynaya cavabdeh olan ölkələrin nümayəndələri olacaq."
Qeyd edək ki, Zelenski Putinin G20 sammitində iştirak edəcəyi təqdirdə, özünün sammitdə iştirak etməyəcəyini söyləmişdi.
Nurlan Şiraliyev