DÜNYA
Ərdoğan Putinlə razılığa gəldi: QƏRAR VERİLDİ
Türkiyə prezidenti Ərdoğan Rusiya lideri Vladimir Putinlə ən kasıb ölkələrə pulsuz taxıl tədarükü barədə razılığa gəldiyini açıqlayıb.
32gun.az rus KİV-ə istinadən xəbər verir ki, o, noyabrın 15-16-da Balidə keçiriləcək G20 sammitində bu mövzunun daha ətraflı müzakirə ediləcəyini vurğulayıb.
Türkiyə prezidentinin çıxışı CNN Türk kanalı tərəfindən yayımlanıb.
Ərdoğan bildirib ki, Rusiya və Türkiyə hazırda ciddi ərzaq böhranı və aclıq ilə mübarizə aparan ölkələrə taxıl gəmilərinin çatdırılmasını təmin edəcək. O, nümunə olaraq Somali, Cibuti və Sudan kimi dövlətlərin adını çəkib.
Nurlan Şiraliyev