DÜNYA

Bayden İrandakı etirazçılara SƏSLƏNDİ - "...azad edəcəyik"

"Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar özlərini tezliklə azad edəcəklər".

32gun.az Associated Press-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden İrandakı etirazlara cavab olaraq söyləyib.

Xatırladaq ki, İrandakı etirazlar sentyabrda hicab qanunlarını pozduğuna görə saxlanılan Məhsa Əmininin ölümündən sonra başlayıb.

Həmçinin, İran prezidenti İbrahim Rəisi Baydenə cavab olaraq ölkəsinin 43 il əvvəl İslam İnqilabı zamanı azad edildiyini bildirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər