DÜNYA

Arayik Harutyunyandan gülünc addım - Rusiyalı iş adamını hökumət başçısı təyin etdi (FOTO)

Rusiya vətəndaşlığından imtina edən erməni əsilli, rusiyalı iş adamı Ruben Vardanyan Qondarma Dağlıq Qarabağ hökumətinin başçısı təyin edilib.

32gun.az RİA Novosti-yə istinadən xəbər verir ki, bununla bağlı Arayik Harutyunyan sərəncam imzalayıb.

Qeyd edək ki, sentyabrın əvvəlində Vardanyan Rusiya vətəndaşlığından imtina etdiyini və Qondarma Dağlıq Qarabağa köçdüyünü bəyan etmişdi.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər