DÜNYA
Putin səfərbərliklə bağlı yeni QANUN imzaladı
Rusiya prezidenti Vladimir Putin səfərbərlik çərçivəsində bir sıra ağır cinayətlərə görə məhkumluğu götürülməmiş vətəndaşların hərbi xidmətə çağırılmasına, habelə səfərbərlik dövründə onlara alternativ mülki xidmət keçməsinə icazə verən qanunu imzalayıb.
32gun.az RİA Novosti-yə istinadən xəbər verir ki, qanun uşaqlara qarşı cinsi zorakılıq, dövlətə xəyanət, casusluq və ya terrorizm cinayətləri törətməkdə təqsirli bilinənləri əhatə etmir.
Həmçinin, Putin könüllülərin hərbi qulluqçularla eyniləşdirilməsi haqqında qanunu da imzalayıb.
Nurlan Şiraliyev