DÜNYA

Dünya bu İDDİADAN danışır! ABŞ və Rusiya arasındakı gizli görüşün DETALLARI

Ukrayna-Rusiya müharibəsi zamanı ABŞ mətbuatı gündəmi sarsıdacaq iddia ilə çıxış edib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ mətbuatı Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov və həmkarı Nikolay Potruşevlə görüşdüyünü yazıb.

Görüşün məqsədinin nüvə fəlakəti riskini aradan qaldırmaq olduğu bildirilib. Sözügedən xəbər adı açıqlanmayan ABŞ rəsmilərinə əsaslanıb.

Həmçinin, yayılan xəbərlərdə ABŞ rəsmiləri Ağ Evin bu danışıqlara ümidli olmadığını bildirib.

Digər tərəfdən “Washington Post” ABŞ-ın Ukraynaya Rusiya ilə görüş üçün təzyiq etməsi barədə yazıb. Qeyd edilib ki, ABŞ Zelenskiyə nüvə müharibəsi qorxusunun artması fonunda Putinlə görüşə qoyulan qadağanı ləğv etmək və müharibəni bitirmək üçün təzyiq edib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər