DÜNYA

Dünyanın ən uzun qadını ilk dəfə təyyarə ilə uçdu

Dünyanın ən hündür qadını ilk dəfə təyyarə ilə uça bilib. Bu, Türk Hava Yolları aviaşirkətinin gördüyü tədbirlərdən sonra mümkün olub.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, boyu 2 m 43 sm olan Rumeysa Gelgi ötən il Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən uzun qadını seçilib.

Türk Hava Yolları öz təyyarələrindən birini qadının San-Fransiskoya uça bilməsi üçün uyğunlaşdırıb, altı oturacağı söküb və onları xüsusi xərəklərlə əvəz edib. Nəticədə 13 saatlıq uçuş baş tutub.

24 yaşlı Gelgi boyuna görə əvvəllər heç vaxt təyyarə minməyib. O, sümüklərin böyüməsinə səbəb olan Uivera sindromu adlı xəstəlikdən əziyyət çəkir.

Vəziyyətinə görə o, adətən əlil arabasından istifadə edir.

Gelgi həm də dünyanın ən böyük əli, ən uzun barmağı və ən enli kürəyi olan qadınlar arasında rekorda sahibdir.

Oxşar Xəbərlər