DÜNYA

KTMT Baş Qərargah rəisləri hərbi əməkdaşlığı müzakirə edəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Baş Qərargah rəisləri görüş keçirəcək.

32gun.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə KTMT-nın açıqlamasında bildirilib.

Hərbi əməkdaşlığın inkişafı üzrə Hərbi komitənin iclası noyabrın 10-da videokonfrans rejimində olacaq.

Hərbi komitənin sədri, Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimovun başçılıq edəcəyi iclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan Baş Qərargah rəisləri iştirak edəcək.

Oxşar Xəbərlər