DÜNYA

Putini bu şəxs əvəz edə bilər - Görüş olacaqmı?

Kreml Vladimir Putinin G20 və APEC-də iştirakının mümkünlüyü və formatını müzakirə edir.

32gun.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Həmçinin, o, əlavə edib ki, qərarla bağlı məlumat daha sonra veriləcək.

Qeyd edək ki, G20 sammiti 15-16 noyabrda İndoneziyanın Bali şəhərində keçiriləcək.

Xatırladaq ki, dünya liderləri Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk dəfə bir araya gələcək.

Bundan əvvəl Putinin G20 sammitinə getməkdən imtina edəcəyi barədə məlumat yayılmışdı.

Onu da qeyd edək ki, tədbirdə dövlət başçısını xarici işlər naziri Sergey Lavrov əvəz edə bilər.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər