SON DƏQİQƏ: Hərbçimiz vəfat etdi (FOTO)
Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlu məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat edib.
Bu barədə 32gun.az-a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
xxx
12:12
Müdafiə nazirliyinin zabiti ürəktutmasından vəfat edib.
32gun.az xəbər verir ki, bu barədə onun hərbçi dostu məlumat verib.
Bildirilir ki, məzuniyyətdə olan Cavan Baxışov mayor idi.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü hərbçimiz bu gün ikinci Fəxri Xiyabanda dəfn olunacaq.
O, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.