HADİSƏ

Bakıda tələbə yol qəzasında ÖLDÜ

Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.

32gun.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, 2003-ci il təvəllüdlü Mustafazadə Sədrəddin Seyfəddin oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçib.

Yaralı açıq kəllə-beyin travması və bədənin çox saylı xəsarətləri ilə komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

19 yaşlı piyada Sabunçu rayonu 3 nömrəli Şəhər Xəstəxanasında həkimlərin səyinə baxmayaraq, ölüb.

Oxşar Xəbərlər