DÜNYA
Taksim xəstəxanasına yerləşdirilən yaralıların çoxu evə BURAXILDI
İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində xəsərat alaraq Taksim Tədris və Tədqiqat Xəstəxanasına yerləşdirilən 49 yaralıdan 36-ı evə buraxılıb.
32gun.az xəbər verir ki, bu barədə xəstəxanadan bildirilib.
"Müalicəsi davam edən 13 nəfərin vəziyəti stabildir, onlardan 5-i əməliyyat olunacaq. Yaralıların əksəriyyəti qəlpə yarası alıb", - deyə müsahib qeyd edib.