İstanbuldakı terror aktını törədən qadından ŞOK ETİRAFLAR - 40 dəqiqə...
İstanbulda törədilən partlayışın yeni təfərrüatları ortaya çıxıb.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Suriya əsilli qadın terrorist PKK/PYD/YPG terror təşkilatları tərəfindən xüsusi kəşfiyyatçı kimi təhsil aldığını və terror aktını törətmək üçün Türkiyəyə gəldiyini bildirib.
Həmçinin, o, dindirilmə zamanı terror təşkilatının Kobanidəki qərargahından İstanbulda aksiya üçün təlimat aldığını da iddia edib.
Belə ki, Əhlam Əlbəşirlə bağlı 40 dəqiqəlik təfərrüat xüsusi diqqət çəkib. Əlbəşirin Taksimdə bir kişidən aldığı bomba ilə dəqiqələrlə gözlədiyi, tez-tez telefonla danışdığı, daha sonra paketi oturduğu yerdə qoyub sürətlə hadisə yerini tərk etdiyi öyrənilib.
İstanbul polisinin axtarışları nəticəsində kamera görüntüləri əldə edilib. Qadının hadisə yerinə taksi ilə gəldiyi müəyyən olunub.
Polis qrupları şübhəlinin gedə biləcəyi bəzi ünvanları müəyyən etdikdən sonra əməliyyata başlanılıb. Xüsusi Əməliyyat və TEM əməliyyat qrupunun müşayiəti ilə 21 ünvanda reyd keçirilib. Hadisə yerinə bomba qoyan Əhlam Əlbəşir və hadisə ilə əlaqəli olduğu ehtimal edilən 46 şübhəli saxlanılıb. Terrorçu qadının saxlanıldığı ünvanında aparılan axtarışlar zamanı külli miqdarda pul və qızıl ələ keçirilib. Əməliyyatın keçirildiyi başqa evdə isə silah tapılıb.
Şübhəlinin evindən tapılan qızıl və pulların da sirri üzə çıxıb. İddiaya görə, Əhlam Əlbəşir terror təşkilatı tərəfindən Küçükçekmecedəki evdə bir müddət gizlənmək, daha sonra qeyri-qanuni yollarla Yunanıstana getmək göstərişi alıb.
Nurlan Şiraliyev