DÜNYA

Ukrayna ordusu Xersonu GERİ QAYTARDI - Zelenski azad edilmiş şəhərə GETDİ

Ukrayna ordusunun ruslardan azad etdiyi Xerson şəhərində bayraq mərasimi keçirilib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasimdə Ukrayna prezidenti Vladimir Zelenski də iştirak edib.

O, çıxışında "Bu, ürəyimi və ruhumu istiləşdirir. Xerson bölgəsini Ukraynaya qaytardığınız üçün sizə təşəkkür etmək istəyirəm. Silahlı Qüvvələrimizi, dövlətimizi, bayrağımızı geri qaytarırıq" - deyə, söyləyib.

Beləliklə, 44 gün əvvəl Putinin ilhaq etdiyi Xerson yenidən Ukrayna ordusunun nəzarətinə keçib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər