DÜNYA
İstanbulda partlayış törədən qadına bu CƏZA istənilir (FOTO)
Xəbər verdiyimiz kimi, ötən gecə İstanbulda baş verən bombalı hücumda 6 nəfər həyatını itirib, 81 nəfər isə yaralanıb.
Türkiyə polisi tərəfindən hadisəni törədən qadın terrorçu saxlanılaraq dindirilib.
32gun.az yerli mediaya istinadən xəbər verir ki, terrorçunun saxlanılmasının ardınca danışan Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) millət vəkili sərt açıqlama ilə çıxış edib.
Millət vəkili Arzu Ərdəm, "Bu silsilə qatillərə edam cəzası verilməlidir. Bu qətliamı həyata keçirən namusuz, alçaq körpə qatilləri qanlarında boğulmalıdır. Ancaq bu cəza bizim qəlbimizi soyuda bilər" deyə, bildirib.
O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Nurlan Şiraliyev