DÜNYA
Putin hərbi xidmətlə bağlı daha bir FƏRMAN İMZALADI
Rusiya Prezidenti Vladimir Putin hərbi xidmət qaydalarına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, fərmana əsasən, əcnəbi vətəndaşların Rusiya Silahlı Qüvvələrində xidmətə cəlb edilməsi qaydası müəyyən edilib.
Belə ki, dəyişikliyə əsasən xarici vətəndaşlığı olan Rusiya vətəndaşları da Rusiya Silahlı Qüvvələrində hərbi xidmət keçəcək.
Müvafiq fərman hüquq-informasiya internet portalında dərc olunub.
Nurlan Şiraliyev