DÜNYA
DƏHŞƏTLİ CİNAYƏT! 23 yaşlı həkim atası tərəfindən boğularaq öldürüldü (FOTO)
Kocaeli vilayətinin İzmit bölgəsində qan donduran hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ş.Ş ilə 23 yaşlı oğlu Yunus Ş. arasındakı mübahisə böyüyərək davaya çevrilib. Bu zaman o oğlunu boğaraq nəfəsinin kəsilməsinə səbəb olub.
Mənzildə olan insanların xəbəri ilə hadisə yerinə polis və Təcili Tibbi Yardım briqadası göndərilib. Hadisə yerinə gələn səhiyyə əməkdaşlarının müdaxiləsindən sonra huşsuz vəziyyətdə olan Yunus.Ş xəstəxanaya çatdırılıb. 23 yaşlı gəncə xəstəxanada edilən müdaxiləyə baxmayaraq onun həyatını xilas etək mümkün olmayıb.
Yunus Ş.-nin səhiyyə işçisi olduğu bildirilib. Polis bölməsindəki əməliyyatların ardından məhkəməyə sövq edilən ata Ş.Ş barəsində həbs qətimkan tədbiri görülüb.
Nilay

