DÜNYA
Polis terrorçu qadının boğazından buna görə tutubmuş (VİDEO)
Xəbər verdiyimiz kimi, İstanbulda terror aktı törədərək 6 nəfərin ölümünə səbəb olan qadın terrrorçu saxlanılıb.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat zamanı qeydə alınan kadrlardan biri gündəmə çevrilib.
Belə ki, təqdim edilən fotolarda saxlanılma zamanı terrorçu qadının boğazının sıxıldığı anlar əks olunub.
Həmin görüntüləri şərh edən terror və təhlükəsizlik mütəxəssisləri bunun qadının narkotik qəbul etməsinin və intihar etməsinin qarşısını almaq üçün edilə biləcəyini bildirib.
Bildirilib ki, bu yolla saxlanılan terrorçular əvvəllər də intihar edib və ya intihara cəhd ediblər.
Nurlan Şiraliyev