DÜNYA

ABŞ-dan Süleyman Soylunun açıqlamasına REAKSİYA

Xəbər verdiyimiz kimi, Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın İstanbulda baş verən partlama ilə bağlı verdiyi başsağlığı məktubunu qəbul etməyib.

32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ABŞ rəsmisinə Ukrayna-Rusiya müharibəsi ilə bağlı dəyərləndirmələr aparılan görüşdə bununla bağlı sual ünvanlanıb.

O, Süleyman Soylunun çıxışı ilə bağlı verilən sualı cavablandırmaqdan yayınıb:

“Türkiyə hələ də çox mühüm müttəfiqdir” - ifadəsini söylərəyək, sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, Daxili İşlər naziri Süleyman Soylu İstiqlal küçəsində 6 nəfərin həyatını itirdiyi bombalı hücumdan sonra verdiyi açıqlamada "Mesajı aldıq və buna çox sərt cavab verəcəyik. ABŞ-ın başsağlığını qəbul etmirik" deyə, bildirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər