DÜNYA

Şagirdinə aşiq olan bədən tərbiyəsi müəllimi cinsiyyət dəyişdirib evləndi - FOTOLAR

Hindistanın Racastan şəhərində qeyri-adi sevgi hekayəsi baş verib. 

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bədən tərbiyəsi müəllimi Aarav Kuntal öz şagirdinə aşiq olub və evlənmək üçün cinsiyyətinin dəyişdirmə əməliyyatı keçirib.

Belə ki, Aarav Kuntal adlı bədən tərbiyəsi müəllimi əslində qadın olaraq doğulub və ailəsi tərəfindən Meera adını verib.

Orta məktəbdə Kalpana adlı qıza aşiq olan müəllim cinsini dəyişmək qərarına gəlib və adını  Aarav olaraq dəyişib.

Müəllim əməliyyat olunduqdan sonra cütlük ailələrinin razılığı ilə nikaha daxil olub.

Aarav  müsahibəsində cinsiyyət dəyişdirməsi ilə bağlı belə açıqlama verib: “Mən həmişə cinsiyyət dəyişdirmə əməliyyatı olmağı arzu etmişəm. İlk əməliyyatımı 2019-cu ilin dekabrında etdim. Mənim üçün proses çox tez başladı”.

Onun həyat yoldaşı Kalpana isə onu əvvəldən sevdiyini bildirib: "Mən onu əvvəldən sevirdim. Bu əməliyyatı etməmiş olsa da, onunla evlənərdim. Əməliyyata onunla getdim".

Nilay

Oxşar Xəbərlər