DÜNYA

Zelenski 10 bəndlik təklif irəli sürdü - Bunlardır...

Vladimir Zelenski Ukraynada sülhün bərpası üçün 10 bənddən ibarət təklif irəli sürüb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bununla bağlı G20 sammitində videomüraciətində bildirib.

Onun sözlərinə görə, Ukraynanın yeni və effektiv təhlükəsizlik zəmanətlərinə ehtiyacı var:

"Rusiya öz qoşunlarını Ukrayna ərazisindən dərhal çıxarmalı və dünya ölkələri Rusiyanın enerji resursları üçün tavan qiymətləri barədə razılığa gəlməlidir" - deyə, o, söyləyib.

Ukrayna prezidentinin irəli sürdüyü 10 bəndlik təklif bunlardan ibarətdir: radiasiya və nüvə təhlükəsizliyi, ərzaq və enerji təhlükəsizliyi, bütün məhbusların azad edilməsi, Ukraynanın ərazi bütövlüyünün bərpası, “Rusiya qoşunlarının çıxarılması” və hərbi əməliyyatların dayandırılması, ədalətin qaytarılması, ekosidlə mübarizə, eskalasiyanın qarşısını almaq, müharibənin sonunu təyin etmək.

Həmçinin, Zelenskinin sözlərinə görə, onun təklifləri ölkədə sülhə zəmanət verə biləcək.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər