DÜNYA
İstanbuldakı terrorla bağlı yeni TƏFƏRRÜATLAR - saxlanılan 2 nəfər görün kim imiş (VİDEO)
İstanbul polisi tərəfindən bu gün saxlanılan iki nəfərin kimliyi bəlli olub.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstiqlal küçəsində bombalı hücumu həyata keçirən terrorçulara kömək edən iki şəxsin - Ammar Cakars və Ahmet J.-nin insan qaçaqmalçısı olduğu müəyyən edilib.
Belə ki, Cakarsın Taksimdə hücumu həyata keçirən şəxsə bomba çatdıran terrorçunu Ədirnəyə apardığı, Əhməd J. isə Suriya əsilli Əhləm Əlbəşiri Yunanıstana qaçırmağı planlaşdırdığı öyrənilib.
Nurlan Şiraliyev