DÜNYA
Erməni hərbçi əsgər yoldaşını güllələdi
Ermənistanda hərbi hissələrin birində hərbçi əsgər yoldaşını güllələyib.
32gun.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Ölən hərbçinin 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan olduğu bildirilir.
Hadisənin detalları açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.