DÜNYA

Terrorçu qadının hadisə yerindən qaçarkən əlində tutduğu gül nəyə işarədir? (FOTO)

İstanbulda terror aktı törədən Suriya əsilli Əlham Əlbəşirlə bağlı yeni detal ortaya çıxıb.

32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, araşdırma aparan polis qrupları hadisə yerindən qaçan terrorçu qadının əlində qızılgül tutduğu görüntülərə rast gəliblər.

Mütəxəssislərin bildirdiyinə görə, qadın bu addımı kənardan diqqət cəlb etməmək üçün edib.

Həmçinin, ekspertlər hicablı, qızılgüllü və makiyajlı qadın terrorçunun hücumu peşəkarcasına təşkil edən şəxslər tərəfindən xüsusi olaraq hazırlandığını ifadə ediblər.

Əlbəşirin polis nəzarətindən asanlıqla keçmək üçün belə bir yol seçdiyini və bu yolla İstiqlalda dolaşan digər xarici vətəndaşlardan seçilməyəcəyini də diqqətə çatdırıblar.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər