DÜNYA
Putindən daha bir FƏRMAN
Rusiya prezidenti Vladimir Putin Melitopol və Mariupola hərbi şöhrət şəhərləri adının verilməsi haqqında fərman imzalayıb.
32gun.az Rusiya KİV-ə istinadən xəbər verir ki, fərman hüquqi informasiya portalında dərc olunub.
Adlar şəhərlərə "Vətənin azadlığı və müstəqilliyi uğrunda mübarizədə onların müdafiəçiləri tərəfindən göstərilmiş şücaət, mətanət və kütləvi qəhrəmanlıqlara görə" verilib.
Nurlan Şiraliyev