DÜNYA

Türkiyə prezidentinin İstanbuldakı partlayışla bağlı sözləri G20 Sammitinə damğa VURDU

Türkiyə prezidenti Ərdoğan G20 Liderlər Zirvə toplantısında diqqət çəkən açıqlamalar verib.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstiqlal küçəsindəki terror hücumundan danışan Ərdoğan, "Bu alçaq hücum terrorun qanlı və eybəcər üzünü bir daha göstərdi. Terror təşkilatına dəstək verənlər tökülən hər qana ortaqdır. Terrorçuların arxasında kim dursa da, onları gözləyən aqibətdən qaça bilməyəcəklər”- deyə, bildirib.

Xatırladaq ki, İstanbulun İstiqlal küçəsində törədilən bombalı hücumda 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Hadisədən sonra hücumu həyata keçirən qadın terrorçu və onunla bərabər daha 50 nəfər saxlanılıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər