DÜNYA

Tramp qayıdır - Prezident kimi?

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən açıqlayıb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, kameralar qarşısına keçən Tramp, “Amerikanı yenidən böyük və şanlı etmək üçün bu axşam ABŞ prezidentliyinə namizədliyimi elan edirəm” ifadələrini işlədib.

Co Baydenin idarəçiliyi dövründə ölkənin tənəzzülə uğradığını iddia edən Tramp, "Milyonlarla amerikalı üçün Co Baydenin dövründə son iki il ağrı, sıxıntı, narahatlıq və ümidsizlik dövrü oldu. ABŞ alçaldıldı, utandı, zəiflədi." - deyə, bildirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər