DÜNYA

Ərdoğan NATO iclasına niyə çağırılmayıb? - 6 ölkə iştirak etmişdi

Türkiyə prezidenti R.T.Ərdoğan İndoneziyanın Bali şəhərində keçirilən G20 Liderlər Zirvəsinin son günündə Bali Beynəlxalq Konfrans Mərkəzində mətbuat konfransı keçirib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlərdən biri Türkiyə liderinə Polşa ərazisinə düşən raket zərbəsini xatırladaraq, sual ünvanlayıb.

"Cənab ABŞ prezidenti Bayden bir çox NATO üzvü ölkə ilə oteldə növbəti görüş keçirdi. Siz niyə orada deyildiniz? NATO üzvləri arasında hər hansı fikir ayrılığı görürsünüz?" sualını verib.

Ərdoğan isə cavabında, "Niyə dəvət edilməyən 20 NATO üzvü ölkəsindən soruşmursunuz? Bu, böyük bir şey deyil. Bizi daha vacib işlərə dəvət edirlər, tamammı?" ifadələrini söyləyib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər