DÜNYA
34 yaşlı kişi sevgilisinə baxan şəxsi bıçaqladı - Avtobusu qaçırdı (FOTOLAR)
34 yaşlı oğlan avtobusda sevgilisinə baxan şəxsi bıçaqlayıb.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib.
Gənci bıçaqlayan şəxs daha sonra sərnişinləri və sürücünü hədələyərək, onları avtobusdan düşürüb və avtobusu idarə edərək hadisə yerindən uzaqlaşıb.
Hadisə yerinə gələn polis qrupları araşdırma başladıb. Sürücü və sərnişinlərin izahatı alınıb.
Bıçaqlanan şəxs xəstəxanaya aparılıb.
Bir müddət sonra qaçırılan avtobus məhəllələrdən birində tapılıb. Ardınca 34 yaşlı oğlan polis tərəfindən saxlanılıb.
Nurlan Şiraliyev