HADİSƏ
Bələdiyyə sədri qəza törətdi - Özü və digər 3 nəfər xəstəxanalıq oldu (FOTO)
Bələdiyyə sədrinin xidməti avtomobili traktorla toqquşub.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə İpsala rayonunda baş verib.
Qəza nəticəsində bələdiyyə sədri Özkan Günenç və digər 3 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım qrupları göndərilib. Yaralılar xəstəxanaya aparılıb.
Birinin vəziyyəti ağır olduğu bildirilir.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Nurlan Şiraliyev