Sahildə tapılan cəsədlər turistləri qorxuya saldı - FOTOLAR
Meksikanın turistik şəhəri Akapulkoda qeydə alınan görüntülər dünya gündəmində böyük əks-səda yaradıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Akapulko çimərliyinə gedən turistlər gördükləri görüntü qarşısında dəhşətə gəliblər.
Belə ki, dəniz sahilindən 3 nəfərə məxsus cəsəd aşkarlanıb. Cəsədlər turistlər tərəfindən tapılıb. İspan dilində çıxan El Pais qəzeti iki cəsədin turistlər tərəfindən sahildə, üçüncünün isə yaxınlıqdakı Icacos çimərliyində tapıldığını açıqlayıb.
Səlahiyyətli şəxslər qurbanların kartel müharibələri nəticəsində öldürüldüyünü bildirib. Polis ilk ifadəsində cəsədlərdə işgəncə izləri tapıldığını bildirib.
Cəsədlər tapıldıqdan sonra çimərliyin bağlanmaması da reaksiyalara səbəb olub. Polis bildirib ki, cəsədlərdən ikisi asanlıqla sahilə çıxa bilmək üçün beton lövbərə bağlanıb, onlara işgəncə verilib və üçü də başının arxasından güllələnib.
Qeyd edək ki, Meksika gərgin banda və kartel savaşlarının yaşandığı ölkələrdən biri kimi tanınır. Son dövrdə dəstə döyüşləri nəticəsində öldürülən insanların cəsədləri şəhərin müxtəlif yerlərində qalır və dəstələr bu şəkildə bir-birlərinə mesajlar verirlər. Sahildəki insanların oxşar hadisənin qurbanı olduğu düşünülür.
Nurlan Şiraliyev