HADİSƏ

Xırdalanda partlayış OLDU - yaralananlar var (VİDEO/YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasındakı partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən 32gun.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

*** 22:11

Xəbər verdiyimiz kimi, Xırdalanda yaşayış binasında partlayış olub.

32gun.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlar xəstəxanaya aparılıblar. Partlayış zamanı yaxınlıqda olan avtomobillərə də ciddi ziyan dəyib.

İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.

*** 21:51

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən 32gun.az- bildirilib ki, AAAF parkda yanğın olması barədə "112" qaynar xəttinə məlumat daxil olub.

Nazirliyin Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

*** 21:31

Xırdalanda yaşayış binasında partlayış olub.

32gun.az xəbər verir ki, hadisə AAF Park Yaşayış kompleksində olub.

İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.

Oxşar Xəbərlər