DÜNYA

İstanbulda partlayış oldu: xəsarət alanlar var

Türkiyənin İstanbul şəhərində yaşayış binasında partlayış baş verib.

32gun.az xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, Fatih rayonunda saat 21:00 radələrində baş verən hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb.

Partlayışın ilkin səbəbinin qaz sızması olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları və tibb işçiləri göndərilib.

Oxşar Xəbərlər