DÜNYA

"Bəşər Əsədlə görüşəcəksizmi?" sualına Ərdoğanın verdiyi cavab hər kəsi ŞOKA SALDI (VİDEO)

G20 Sammiti çərçivəsində İndoneziyada türkiyəli jurnalistlərin suallarını cavablandıran prezident Ərdoğanın “Bəşər Əsədlə görüşəcəksinizmi?” sualına verdiyi cavab hər kəsi təəccübləndirib.

32gun.az xəbər verir ki, görüşün seçkilərdən sonra baş tuta biləcəyini işarə edən   Ərdoğan, "Türkiyə olaraq  problemimiz olan ölkələrlə münasibətləri yenidən nəzərdən keçirə bilərik. Xüsusilə iyun seçkilərindən sonra bunu yenidən edə bilərik" -deyə bildirib.

"Siyasətdə əbədi inciklik, küskünlük və ya inciklik yoxdur.
Yeri gələndə oturub dəyərləndirilir, ona uyğun qərarlar verilir. Hazırda Türkiyə olaraq bu məsələlərdə çətinlik çəkdiyimiz ölkələrlə münasibətlərə yenidən baxa bilərik. Xüsusən də iyun seçkilərindən sonra biz hər şeyi yenidən edə bilərik. Və buna uyğun olaraq yolumuza davam edə bilərik”.

Nilay

Oxşar Xəbərlər