DÜNYA

Qırmızı bülletenlə axtarılan şəxslə bağlı QƏRAR VERİLDİ (FOTO)

Türkiyədə minlərlə insanı aldatdığı üçün qırmızı bülletenlə axtarılan Thodex-in qurucusu Faruk Fatih Özer tutulduğu Albaniyada yenidən hakim qarşısına çıxıb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Albaniya Thodex-in qurucusu Özerin Türkiyəyə ekstradisiyasına qərar verib.

Son Dakika! Arnavutluk, Thodex'in kurucusu Fatih Özer'in Türkiye'ye iadesine karar verdi

Türkiyə Daxili işlər naziri Süleyman Soylu da Özerin Albaniyadakı məhkəmə prosesindən sonra Türkiyəyə ekstradisiya ediləcəyini açıqlayıb.

Topladığı pullarla xaricə qaçan Faruk Fatih Özer haqqında Türkiyədə də iddianamə hazırlanıb. Həmin vaxt fərarilik edən Özerə 3 cinayətə görə 40 min 562 il həbs cəzası istənilmişdi.

Qeyd edək ki, Özerə qarşı "təşkilat yaratmaq və idarə etmək", "cinayətdən irəli gələn əmlak dəyərlərinin yuyulması" və "sərbəst fırıldaqçılıq" maddələri ilə ittiham irəli sürülüb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər