DÜNYA

Ərdoğan məşhur müğənni ilə bağlı bu TƏKLİFİ irəli sürdü (FOTO)

Türkiyə prezidenti R.T.Ərdoğan İndoneziyaya səfərinin sonunda jurnalistlərin suallarını cavablandırıb.

32gun.az yerli mediaya istinadən xəbər verir ki, Ərdoğan kürd əsilli türk müğənnisi Əhməd Qayanın Parisdəki məzarının Türkiyə gətirilməsi ilə bağlı təklifdən danışıb.

Belə ki, Türkiyə lideri müğənninin ailəsinin müsbət qərar verəcəyi təqdirdə, onun məzarının ölkəyə gətirilmə məsələsinin hələ də qüvvədə olduğunu bildirib.

"Transplantasiya təklifimiz hələ də gündəmdədir. Bu təklifin dəyərləndirilməsi ilə ona uyğun addım atıla bilər. Çünki bu torpaq onun torpağıdır. Bu məsələyə ailə qərar verir və biz də buna uyğun addım atırıq." - deyə, o, sözlərinə davam edib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər