DÜNYA

İstanbulda terror aktı törədən qadınla bağlı yeni TƏFƏRRÜATLAR (VİDEO)

İstanbulda terror aktı törədən Suriya əsilli Əhlam Əlbəşirin prokurorluğa verdiyi izahatın təfərrüatları məlum olub.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dindirilmə prosesi yerli vaxtla saat 16.30`da başa çatıb.

Çantada bomba olduğunu bilmədiyini deyən terrorçu qadın, "Orada oturarkən Hacı kod adlı şəxsdən zəng gəldi.Çantanı burax, oradan uzaqlaş dedi. Çantaya toxundum, içindəki yumşaq bir şey idi, üstündə cips filan var idi. Düşündüm ki, narkotikdir." - deyə, bildirib.

Həmçinin, Əhlam Əlbəşir özü haqqında da məlumat verib. Ərəb əsilli 20 yaşlı müsəlman olduğunu bildirən Əhlam Əlbəşir, onların 6 qardaş olduğunu və 3-nün Suriyadakı müharibədə həlak olduğunu söyləyib.

Digər tərəfdən, YPG üzvü olduğunu etiraf edən Əlbəşir, təşkilatın ondan Türkiyəyə getməsini tələb etdiyini qeyd edərək, “Amma niyə getməli olduğumu demədilər, məni ailəmlə hədələdilər. " - deyərək, sözlərinə davam edib. Bilal adlı şəxslə Türkiyəyə gəldiyini deyən Əlbəşir hadisədən əvvəl 3 dəfə Taksimə getdiyini, partlayış baş verəndə isə 4-cü dəfə Taksimdə olduğunu bildirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər