DÜNYA
Federal Təhlükəsizlik Xidməti bununla bağlı SƏRƏNCAM imzaladı
Federal Təhlükəsizlik Xidməti (FSB) Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı istifadə edilə bilən məlumatların siyahısını təsdiqləyib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq sərəncam cümə axşamı rəsmi hüquqi informasiya portalında dərc olunub.
Siyahıya 61 maddə daxildir. Onlar arasında hərbi-siyasi, strateji və əməliyyat şəraitinin inkişafının qiymətləndirilməsi və proqnozları, hərbi hissələrin yerləşdiyi yer, sayı və adı, qoşunların maddi təminatı, o cümlədən orduda və onun ərazisində baş verən cinayətlər barədə məlumatlar var.
Qeyd edək ki, Sərəncam 2022-ci il dekabrın 1-dən qüvvəyə minir.
Nurlan Şiraliyev