DÜNYA

Çavuşoğlu taxıl müqaviləsinin uzadılmasından DANIŞDI

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putin və Zelenski ilə təmasları davam etdirmək niyyətindədir."

32gun.az xarici KİV-ə istinadən, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında deyib.

"Bəziləri bizdən soruşur ki, biz Rusiyanı müdafiə edirikmi? Xeyr, bu bir razılaşmadır. Biz isə deyirik ki, Rusiyanın da tələbləri yerinə yetirilməlidir ki, Ukrayna taxılı ehtiyacı olan ölkələrə getsin. Eyni şey [Rusiya] ammonyak tranzitinə aiddir, bu mövzuda danışıqları intensivləşdirmək lazımdır. Taxıl müqaviləsinin müddəti 120 gün uzadıldı. Əhəmiyyətli addımlar atıldı, Rusiya da bu vəziyyətdən razıdır. 120 gündən sonra sövdələşmə bir il müddətinə uzadıla bilər”, - deyə, nazir bildirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər