DÜNYA
"Ukraynadakı münaqişə region üçün problemlər yaradır" - Makron
"Ukraynadakı münaqişə Asiya üçün də problemlər yaradır."
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.
"Hazırkı vəziyyət qeyri-sabitliyə gətirib çıxarır" - deyə, sözlərinə davam edən Makron, "Biz hegemonluğa, qarşıdurmaya inanmırıq. Biz sabitliyə inanırıq, innovasiyaya inanırıq. Fransanın bir nömrəli prioriteti Ukraynada sülhü təşviq etmək və Rusiyaya qlobal təzyiq göstərməkdir. Biz Çin, Hindistan, bütün region ölkələri ilə sıx əməkdaşlıq etmək niyyətindəyik." - ifadələrini söyləyib.
Nurlan Şiraliyev