DÜNYA
ABŞ Kiyevə və Avropadakı digər müttəfiqlərinə xəbərdarlıq ETDİ
ABŞ rəsmiləri son iki gün ərzində Avropa liderləri və Ukrayna prezidenti Vladimir Zelenskiyə yaxın şəxslərlə danışaraq, onları Polşadakı partlayışın səbəbləri ilə bağlı şərhlərdə ehtiyatlı olmağa çağırıb.
32gun.az xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, “bir sıra telefon danışıqları çərçivəsində” ABŞ rəsmiləri NATO üzrə müttəfiqlərindən insidentin Varşava tərəfindən araşdırılması başa çatana qədər qəti bəyanatlardan çəkinmələrini tələb ediblər.
Nurlan Şiraliyev