DÜNYA
Yük maşınının üstünə çıxaraq rəqs etdi - Körpüyə çırpılıb ÖLDÜ (VİDEO)
ABŞ-da yük maşınının üstünə çıxaraq rəqs edən şəxs faciəvi şəkildə həyatını itirib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Texas ştatında magistral yollardan birində baş verib.
Əvvəlcə körpüyə çırpılaraq yük maşınının üzərinə yıxılan şəxs yenidən ayağa qalxaraq rəqsinə davam edib. Bir neçə saniyə sonra yerüstü keçidə çırpılaraq dünyasını dəyişib.
Yoldan keçən şəxslər tərəfindən lentə alınan görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb.
Nurlan Şiraliyev