DÜNYA
Məşhur "tiktoker" pulu tualetə atdı - 7 il həbs edildi (FOTO/VİDEO)
Sosial media fenomeni Mika Can Raun həbs edilib.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun haqqında türk lirəsini tualetə atması səbəbi ilə iddianamə hazırlanıb.
Belə ki, fenomen "Atatürkün xatirəsini açıq şəkildə təhqir etmək" və "dövlətin suverenlik nişanələrini təhqir etmək" ittihamları ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Mika müdafiəsində ittihamları qəbul etmədiyini bildirərək, görüntülərin ona aid olduğunu, 100 TL-lik əskinası tualetə atmadığını, yerə qoyduğunu söyləyib.
Fateh