DÜNYA
Kadırov həlak olan hərbçilərin ailələri ilə bağlı TAPŞIRIQ VERDİ
Çeçenistan rəhbəri Ramzan Kadırov xüsusi əməliyyat zamanı həlak olan hərbçilərin ailələrinin mənzil-kommunal xərclərinin ödənilməsi barədə göstəriş verib.
32gun.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə cümə günü Qroznıda keçirilən görüşdən sonra öz Telegram kanalında məlumat verib.
“Hərbi müdafiə zamanı həlak olan hərbçilərimizin ailə üzvlərinin mənzil-kommunal xərclərinin 100 faiz ödənilməsi üçün siyahıya salınmasını tapşırdım" - deyə, Kadırov qeyd edib.
Nurlan Şiraliyev