DÜNYA

GƏRGİNLİK: Nazirdən ona barmaq silkələyən deputata SƏRT REAKSİYA - "Terrorist, Amerikan oyuncağı" (VİDEO)

Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində Daxili İşlər Nazirliyinin 2023-cü il büdcəsi ilə bağlı müzakirələr zamanı gərginlik yaranıb. 

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Soylu təqdimat zamanı mövzu terrorla mübarizəyə gəldikdə HDP komissiyası reaksiya verməyə başlayıb. 

HDP Mersin millət vəkili Rıdvan Turanın barmaq silkələməsinə çox əsəbiləşən Soylu, "Əlini qaldırma, əlini qaldırma, terrorçunun, tərbiyyəsiz. Otur yerinə. Niyə ayağa qalxırsan, cəsarətin var gəl" deyib.

Məlumatda bildirilir ki, Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində Daxili İşlər Nazirliyi, Təhlükəsizlik Baş İdarəsi, Jandarma Baş Komandanlığı, Sahil Mühafizə Komandanlığı, Miqrasiya İdarəsi Müdirliyi,  Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) 2021-ci ilin yekun hesab qanun layihəsi, 2023-cü il büdcə qanun layihəsi və Hesablama Məhkəməsinin hesabatları müzakirə edilib. 

Nilay

Oxşar Xəbərlər